...

Almaniyada Azərbaycan gənclərinin forumu keçiriləcək – Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 20 Avqust 2010 17:01 (UTC +04:00)
2010-cu ilin ikinci yarısında Almaniyada Azərbaycan gənclərinin forumu keçiriləcək. Bu barədə jurnalistlərə cümə günü Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Almaniyada Azərbaycan gənclərinin forumu keçiriləcək – Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir M.Əliyev/

2010-cu ilin ikinci yarısında Almaniyada Azərbaycan gənclərinin forumu keçiriləcək. Bu barədə jurnalistlərə cümə günü Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

"Diaspor təşkilatları foruma Avropada yaşayan Azərbaycan gənclərini toplamaq niyyətindədirlər", - İbrahimov qeyd edib.

Onun sözlərinə görə, forum zamanı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsində gənclərin rolunun gücləndirilmsəi müzakirə ediləcək.

"Azərbaycan dasporunun təşkilatlanma prosesi artıq başa çatıb və indi bizim qarşımızda diaspor fəaliyyətinin akademik formada formalaşdırılması vəzifəsi durur. Xarici ölkələrdəki Azərbaycan gəncləri bu fəaliyyətdə fəal iştirak etməlidirlər", - dövlət komitəsinin sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti