...

Azərbaycan Mətbuat Şurası dörd qəzetin adının "qara siyahı"ya salınması barədə qərar verib

Cəmiyyət Materials 24 Avqust 2010 17:29 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası dörd qəzetin adının "qara siyahı"ya salınması barədə qərar verib.
Azərbaycan Mətbuat Şurası dörd qəzetin adının "qara siyahı"ya salınması barədə qərar verib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası (MŞ) dörd qəzetin adının "qara siyahı"ya salınması barədə qərar verib. Bu barədə Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının çərşənbə axşamı keçirilən iclasında qərar çıxarılıb.

"İclasda prosedur qaydalar barədə ətraflı fikir mübadiləsi aparıldıqdan sonra MŞ İdarə Heyəti tərəfindən baxılması tövsiyə olunan müraciətlər araşdırılıb. Komissiya üzvləri on mətbu nəşr barədə toplanmış materialları müzakirə ediblər. Dörd qəzetin adının Mətbuat Şurasının "qara siyahısı"na salınması üçün MŞ İdarə Heyətinin müzakirəsinə müvafiq rəyin təqdim olunması məqsədəuyğun sayılıb", - Şuranın yaydığı məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti