...

Ankarada II Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib

Cəmiyyət Materials 30 Avqust 2010 16:02 (UTC +04:00)
Ankarada təşkil olunan II Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Ankarada II Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir V.Həsrətli/

Ankarada təşkil olunan II Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Türkiyə paytaxtının Keçiörən rayonunda Mərkəzi Asiya, Afrika və Asiyanın müsəlman ölkələrinin iştirak etdiyi tədbirdə rayon bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elnar Məmmədov çıxış ediblər. Çıxşlarda türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamına uyğun olaraq qardaşlıq tellərini gündən-günə gücləndirən xalqlarımızın ortaq mədəniyyətə malik olması bildirilib.

Tədbir iştirakçıları festival meydanında açılmış Azərbaycan guşəsi ilə də tanış olublar. Ölkəmizin Türkiyədəki səfirliyinin təşkil etdiyi guşədə Ankara sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat verilib, kitablar, broşürlər, CD-lər paylanılıb. Bu kitabların əksəriyyəti ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir.

Xəbər lenti

Xəbər lenti