...

Azərbaycanın Qubadlı rayonunun təbiəti ermənilər tərəfindən məhv edilib – nazirlik

Cəmiyyət Materials 31 Avqust 2010 10:49 (UTC +04:00)
Azərbaycanın Qubadlı rayonunun təbiəti ermənilər tərəfindən məhv edilib
Azərbaycanın Qubadlı rayonunun təbiəti ermənilər tərəfindən məhv edilib – nazirlik

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Ə.Əliyev/

Azərbaycanın Qubadlı rayonunun təbiəti ermənilər tərəfindən məhv edilib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunur ki, işğala qədər rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət olan 10-dan artıq iridiametrli ağac təbiət abidəsi kimi qorunurdu.

Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. Sahəsi 80 250 hektar olan rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonu ərazisində ehtiyatları 6 247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr olan yeraltı şirin su yataqları var idi.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir.

Xəbər lenti

Xəbər lenti