...

Gürcüstandakı azərbaycanlılar müsəlman dini bayramlarında tətillərin tətbiq olunmasını istəyirlər

Cəmiyyət Materials 2 Sentyabr 2010 14:43 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ölkənin təhsil müəssisələrində yeni dərs ilindən etibarən, müsəlman dini bayramlarında tətillərin tətbiq olunması ilə bağlı təhsil və elm nazirinə müraciət edəcək.
Gürcüstandakı azərbaycanlılar müsəlman dini bayramlarında tətillərin tətbiq olunmasını istəyirlər

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M. Əliyev/

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ölkənin təhsil müəssisələrində yeni dərs ilindən etibarən, müsəlman dini bayramlarında tətillərin tətbiq olunması ilə bağlı təhsil və elm nazirinə müraciət edəcək. Bu barədə Trend-ə GAK-ın mətbuat xidmətindən bildiriblər.

GAK sədri Əli Babayev hesab edir ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi təhsil müəssisələrində Pasxa tətillərini tətbiq edərkən, ölkədə yaşayan 700-800 min müsəlmanı da nəzərə almalı idi.

"Bu məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar, GAK təhsil və elm naziri Dmitri Şaşkinə müraciət edəcək. GAK pravoslav bayramlarına hörmətlə yanaşır, lakin hesab edir ki, pasxa tətillərinin tətbiq olunması ilə bağlı qərar qəbul olunarkən müsəlman əhalinin də hüquqları nəzərə alınmalı idi", - Əli Babayev deyib.

Gürcüstanda sentyabrın 15-də başlayacaq yeni dərs ili 2 semestrə bölünüb ki, onlar arasında tətillə yanaşı, məktəblilərə həftəlik pasxa tətili də veriləcək.

Xəbər lenti

Xəbər lenti