...

Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 2 Sentyabr 2010 16:43 (UTC +04:00)
Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslərə hökm oxunub.
Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir H.Bağırov/

Azərbaycanda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslərə hökm oxunub.

Trend-in məlumatına görə, Nərimanov rayon məhkəməsində Babək Həsənov 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Digər təqsirləndirilən şəxs Aybəniz Məmmədova isə 5 il müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, bu il yanvarın 11-də İmişli rayon sakini Babək Həsənov 11 ədəd saxta 20 və 1 ədəd 100 AZN əskinası şərti alıcıya satarkən Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində saxta əskinasları ona satan şəxsin Aybəniz Məmmədova olduğu müəyyənləşib. Polis tərəfindən saxtlanılan Məmmədovadan əlavə olaraq 13 ədəd 20 AZN saxta əskinas götürülüb.

Xəbər lenti

Xəbər lenti