...

Azərbaycanda mina aksiyaları üzrə təlimin qiymətləndirilməsinə dair beynəlxalq təlim-seminar keçiriləcək

Cəmiyyət Materials 3 Sentyabr 2010 14:54 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 6-10 sentyabrda mina aksiyaları üzrə təlimin qiymətləndirilməsinə dair beynəlxalq təlim-seminar keçirəcək.
Azərbaycanda mina aksiyaları üzrə təlimin qiymətləndirilməsinə dair beynəlxalq təlim-seminar keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 6-10 sentyabrda mina aksiyaları üzrə təlimin qiymətləndirilməsinə dair beynəlxalq təlim-seminar keçirəcək. Bu barədə ANAMA-nın mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib.

Təlimdə Əfqanıstan, Tacikistan, Gürcüstan, İordaniya, Yeni Zelandiya və Azərbaycanın mina təmizləmə üzrə mərkəzlərinin nümayəndələri iştirak edəcək.

Təlim-seminar Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) və Qiymətləndirmə Təliminin İnkişafı Beynəlxalq Proqramı (IPDET) ilə birgə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti