...

İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə cəza verilib

Cəmiyyət Materials 3 Sentyabr 2010 18:03 (UTC +04:00)
Təqsirləndirilən şəxlər ötən ilin yayında İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirərkən saxlanılıblar.
İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə cəza verilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Bağırov/

İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə cəza verilib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Rəxşan Tarverdi oğlu Bağırova, İlyas Həsənağa oğlu Məmmədova, Ramin Murtuza oğlu Ağabalayevə, Rahid Murtuza oğlu Ağabalayevə, Şamama Mirzəağa qızı Bağırovaya və Anar Canmirzə oğlu Zəkiyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rəxşan Bağırov 12 il, İlyas Məmmədov 10 il, Ramin Ağabalayev 10 il, Rahid Ağabalayev 12 il 6 ay, Şamama Bağırova 5 il 6 ay, Anar Zəkiyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.2, 234.4.3) maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxlər ötən ilin yayında İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirərkən saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti