...

Azərbaycan Unibank Premyer Liqasında bu gün nəzərdə tutulan oyunların bəziləri təxirə salına bilər - PFL-in prezidenti Ramin Musayev

Cəmiyyət Materials 11 Sentyabr 2010 13:20 (UTC +04:00)
Azərbaycan Unibank Premyer Liqasının V turu çərçivəsində bu gün nəzərdə tutulan oyunların bəziləri təxirə salına bilər.
Azərbaycan Unibank Premyer Liqasında bu gün nəzərdə tutulan oyunların bəziləri təxirə salına bilər - PFL-in prezidenti Ramin Musayev

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Unibank Premyer Liqasının V turu çərçivəsində bu gün nəzərdə tutulan oyunların bəziləri təxirə salına bilər. Bu barədə şənbə günü Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

"Bakıda yağan intensiv yağışlar bir neçə saat belə davam edərsə, "Neftçi" - "Muğan" oyunu təxirə salınacaq. Çünki artıq oyunun keçiriləcəyi Tofiq Bəhrəmov adına Respublika Stadionuna baxış keçirilib və belə qərara alınıb ki, yağış bu cür davam edərsə, oyun təxirə salınacaq", - Musayev deyib.

Azərbaycan paytaxtında bir gündə düşən yağıntının miqdarı aylıq normadan iki dəfə çox olub. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya İdarəsinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.

Ayın 12-də gündüz vaxtlarında Qərb rayonlarından başlayaraq yağıntı kəsiləcək. Ayın 13-də isə hava yağmursuz keçəcək.

Musayev süni meydançalarda nəzərdə tutulan oyunların təxirə salınmayacağını bildirib.

Sentyabrın 11-də Tovuzun "Turan" klubu öz meydanında Qəbələnin eyniadlı komandasını qəbul edəcək.

Paytaxtın "Neftçi" klubu isə Respublika stadionunda Salyanın "Muğan" klubunu qəbul etməlidir.

Baytaxtın "İnter" klubu isə "Şəfa" stadionunda süni örtükdə "Qarabağ"ı qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti