Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Şahmat Federasiyasının prezidenti Dünya Şahmat Olimpiadasında yığma komandadan birincilik və bir il bundan əvvəl dünya kubokundakı uğurların təkrarlanacağını gözləyir.
"2009-cu ildə Avropa komanda çempionatında qələbədən sonra biz belə nəticələri Dünya Şahmat Olimpiadasının yekunları üzrə də gözləyirik", - çərşənbə axşamı şahmatçılarla görüşdə Federasiya prezidenti Elman Rüstəmov deyib.
2010-cu il Dünya Şahmat Olimpiadası sentyabrın 20-dən oktyabrın 4-dək Xantı-Mansiyskdə (Rusiya) keçiriləcək. Dünya Şahmat Olimpiadasında ilk dəfə olaraq dünyanın 160 ölkəsindən 2 min iştirakçı iştirak edəcək. Yarışla eyni vaxtda FIDE-nin 81-ci konqresi də keçiriləcək.
Rüstəmovun sözlərinə görə, şahmat xalqın mədəniyyətini, potensial və intellektual səviyyəsini nümayiş etdirir, milli yığmanı təmsil etmək isə hər bir idmançı üçün şərəfdir.