...

Azərbaycan Parlamentinin komitə sədri şəkilçisiz soyadları daha perspektivli hesab edir

Cəmiyyət Materials 17 Sentyabr 2010 17:37 (UTC +04:00)
"Çox paradoksaldır ki, şəkilçisiz soyadlar bu gün çox geniş işlənir, ancaq bu soyad forması rəsmi şəkildə olduqca azdır", - cümə günü jurnalistlərə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycan Parlamentinin komitə sədri şəkilçisiz soyadları daha perspektivli hesab edir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin komitə sədri şəkilçisiz soyadları daha perspektivli hesab edir.

"Çox paradoksaldır ki, şəkilçisiz soyadlar bu gün çox geniş işlənir, ancaq bu soyad forması rəsmi şəkildə olduqca azdır", - cümə günü jurnalistlərə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, yeni soyadlar tədbiq olunmağa başlayanda məhs şəkilçisiz forma ən perspektivli görsənir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayıb və Ədliyyə Nazirliyinə təqdim edib.

Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "oğlu", "qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

"Hazırda son təsdiq olunmuş variantda 4 soyad sonluğu forması var - şəkilçisiz forma, "-lı", "-li", "-lu", "-lü" forması, "-oğlu" forması və "-soy", "-gil" forması", - Cəfərov bildirib.

Millət vəkili "soy", "gil" formasının eksperiment olmasını və bunu az adamın götürəcəyini hesab edir.

"Hazırda "-zadə" soyad sonluğunun problemi var. Bugünkü soyadların 80 faizə qədəri "-ov", "-yev"dir, 10 faizə qədəri "-lı", "-li", "-lu", "-lü"-dür, qalanı 10 faizi isə "-zadə" sonluqludur", - Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti