...

Tbilisidə azərbaycanlı və erməni qadınlar Beynəlxalq Sülh Günü ilə bağlı mətbuat konfransı keçirəcəklər

Cəmiyyət Materials 20 Sentyabr 2010 20:32 (UTC +04:00)
BMT-nin Cenevrə Fondunun və Belçika senatoru Dominik Tilmanın köməyi ilə azərbaycanlı və erməni qadınlar Tbilisidə Beynəlxalq Sülh Günü ilə bağlı mətbuat konfransı keçirəcəklər.
Tbilisidə azərbaycanlı və erməni qadınlar Beynəlxalq Sülh Günü ilə bağlı mətbuat konfransı keçirəcəklər

Gürcüstan, Tbilisi, 20 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

BMT-nin Cenevrə Fondunun və Belçika senatoru Dominik Tilmanın köməyi ilə azərbaycanlı və erməni qadınlar Tbilisidə Beynəlxalq Sülh Günü ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Konfrans sentyabrın 21-də Tbilisidə "Betsi" hotelində saat 16:00-da olacaq. Bu barədə Trend-ə mətbuat konfransının təşkilatçıları deyib.

Mətbuat konfransında Gürcüstanda qeyri-rəsmi diplomatiyadan istifadə etməklə azərbaycanlı və erməni qadınlar arasında keçirilən ikinci sülh görüşünün yekunları müzakirə ediləcək.

Sülh dialoqu Belçika senatorunun təşəbbüsü və köməyi ilə keçirilir. İlk belə görüş mayın 4-5-də Brüsseldə keçirilib.

Sülh danışıqları çərçivəsində azərbaycanlı və erməni qadınların Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rolu və BMT Təhlükəsizlik Şurasının "Ermənistan və Azərbaycanda qadınlar, sülh və təhlükəiszlik haqqında" 1325 saylıq qətnaməsinin həyata keçirlməsi perspektivləri müzakirə edilir. Bu qətnamə qadınların inamın bərpasının və münaqişənin həllinin bütün mərhələlərində iştirakının vacibliyini qeyd edir. Qətnamə 31 oktyabr 2000-ci il tarixdə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti