...

Azərbaycan ombudsmanı Avropa İttifaqı monitorinq qrupunun nümayəndəsini qəbul edib

Cəmiyyət Materials 21 Sentyabr 2010 11:32 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqı monitorinq qrupunun nümayəndəsi, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının təmsilçisi Aleksandra Xudokormoffu qəbul edib.
Azərbaycan ombudsmanı Avropa İttifaqı monitorinq qrupunun nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqı monitorinq qrupunun nümayəndəsi, Cənubi Qafqaz ölkələri, Ukrayna və Moldova respublikalarında kobud rəftar və cəzasızlığa qarşı mübarizə proqramının təmsilçisi Aleksandra Xudokormoffu qəbul edib.

Ombudsman Aparatı mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, görüşdə ombudsman tərəfindən zəruri təşkilati tədbirlərin görüldüyü, 254 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinin, o cümlədən, penitensiar müəssisələrin, müvəqqəti saxlanma təcridxanalarının, habelə sosial obyektlərin, pansionatların, ahıllar və əlillər üçün internat-evlərin, psixiatriya xəstəxanalarının siyahısının tərtib olunduğu, bu müəssisələrdə mütəmadi olaraq monitorinqlərin aparıldığı və tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb.

Ombudsman Aparatında 9 nəfərdən ibarət qrupun yaradıldığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti