...

Azərbaycanlı baş redaktorun Qazaxıstan jurnalında məqaləsi dərc olunub

Cəmiyyət Materials 24 Sentyabr 2010 16:05 (UTC +04:00)
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Qazaxıstanın nüfuzlu "Elm və həyat" beynəlxalq elmi-kütləvi jurnalında "Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu" adlı məqaləsi dərc edilib.
Azərbaycanlı baş redaktorun Qazaxıstan jurnalında məqaləsi dərc olunub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Hacıyev/

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Qazaxıstanın nüfuzlu "Elm və həyat" beynəlxalq elmi-kütləvi jurnalında "Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu" adlı məqaləsi dərc edilib. Trend-in məlumatına görə, məqalədə müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında dövlət quruculuğu işlərinin həyata keçirilməsi və bu illərdə ölkədə demokratik dəyərlərin bərpa olunması, insan hüquq və azadlıqlarının qorunması, dini tolerantlığın təmin edilməsi ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən işlər, həmçinin, hazırda həmin siyasətin davamı kimi insan hüquq və azadlıqlarının təmin edilməsi, ölkənin siyasi-iqtisadi inkişafı və respublikamızda vətəndaş cəmiyyətinin demokratik dəyərlərinin bərqərar olunması ilə bağlı atılan addımlardan söhbət açılıb.

Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələrlə bağlı Azərbaycanın haqlı mövqeyi məqalədə geniş şəkildə təhlil olunur, həmçinin, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin problemin həll olunmasında iştirakı məsələlərinə toxunulub.

Məqalədə, eyni zamanda, getdikcə güclənən Azərbaycanın regionda və dünyada aparıcı oyunçulardan birinə çevrilməsi məsələləri təhlil olunur və onun siyasi, iqtisadi, hərbi və geostrateji vəziyyətinin bu amilin güclənməsində xüsusi rol oynadığı qeyd edilir. Sonda belə bir nəticə ifadə olunub ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz sözü, yeri və rolu olan, sözün bütün mənalarında müstəqil bir dövlətə çevrilib.

Xəbər lenti

Xəbər lenti