...

Azərbaycanda Miqrasiya Məcəlləsi hazırlanır

Cəmiyyət Materials 29 Sentyabr 2010 12:02 (UTC +04:00)
Azərbaycanda Miqrasiya Məcəlləsi hazırlanır.
Azərbaycanda Miqrasiya Məcəlləsi hazırlanır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Miqrasiya Məcəlləsi hazırlanır, - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

"Bu Məcəllə hər bir əcnəbi vətəndaş və vətəndaşlığı olmayanlar üçün həm qanunvericilik baxımından onların işini asanlaşdıracaq, həm də Azərbaycana gəlmək, yaşamaq və digər məsələlərlə bağlı prosesləri tənzimləyəcək", - Ələsgərov deyib.

PA rəsmisinin sözlərinə görə, Miqrasiya Xidməti və digər maraqlı dövlət orqanlarının ekspertləri tərəfindən Məcəllənin hazırlanması istiqamətində iş aparılır. Bu, MDB ölkələri arasında ilk Məcəllə olacaq.

"Məcəllənin hazırlanması istiqamətində Nazirlər Kabineti və Prezident Administrasiyasında iş davam edir. Yaxın gələcəkdə Məcəllə Parlamentə təqdim olunacaq", - Ələsgərov deyib.

Xəbər lenti

Xəbər lenti