...

Bakıda Azərbaycan və Özbəkistanın gənc rəssamlarının sərgisi açılıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Sentyabr 2010 20:22 (UTC +04:00)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda Özbəkistan və Azərbaycanın gənc rəssamlarının rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət əsərlərindən ibarət sərgi açılıb.

Sentyabrın 30-dək davam edəcək sərgidə Özbəkistanda uşaq və yeniyetmələr arasında "Siz Azərbaycan haqqında nə bilirsiniz?" mövzusunda keçirilən müsabiqəyə təqdim olunmuş rəsm əsərləri də nümayiş etdirilir.

Tədbirin açılışında iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan və Özbəkstan arasındakı münasibətlərdən danışıb. O, bu münasibətlərin gənclər siyasətinə də sirayət etdiyini deyib.

"Kamolot" İctimai Gənclər Hərəkatının sədr müavini Firuzə Xamicanova öz nitqində bildirib ki, sərgidə nümayiş etdirilən əsərlərdə özbək gəncliyinin həyata baxışı, dünyagörüşü və düşüncələri əks olunur.

Özbəkistan və Azərbaycan gəncləri nümayəndələrinin səfəri 2009-2010-cu illərdə Azərbaycan Gənclər və İdman Nazirliyi və Özbəkistanın "Kamolot" İctimai Gənclər Hərəkatı arasında gənclər siyasəti sahəsində imzalanmış əməkdaşlıq planı çərçivəsində həyata keçirilir.

Sazişə əsasən, sentyabrın 27-dən Azərbaycanda Özbəkistan Gəncləri Gününə start verilib. Bununla əlaqədar olaraq, "Kamolot" İctimai Gənclər Hərəkatının Mərkəzi Şurasının üzvlərinin daxil olduğu nümayəndə heyəti, 20 yaradıcı və fəal gənc insanlardan ibarət qrup Azərbaycana gəlib.

Xəbər lenti

Xəbər lenti