...

İranda Azərbaycanın tanınmış dramaturqunun "Dumanlı Təbriz" romanı əsasında serial çəkilir (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2010 16:19 (UTC +04:00)
İranda 200 il bundan öncə İran-Rusiya münasibətlərini özündə əks etdirən, Azərbaycanın tanınmış dramaturqu Məhəmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanı əsasında serial çəkilir.
İranda Azərbaycanın tanınmış dramaturqunun "Dumanlı Təbriz" romanı əsasında serial çəkilir (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranda 200 il bundan öncə İran-Rusiya münasibətlərini özündə əks etdirən, Azərbaycanın tanınmış dramaturqu Məhəmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanı əsasında serial çəkilir. Serialın adı "Dumanlı Təbriz" adlanır. Filmin ssenari müəllifi və rejissoru Məhəmmədrza Vərzidir. Məlumatı İranın MEHR xəbər agentliyi yayıb.

Serialın çəkilişləri üçün Təbriz şəhərinin 200 il bundan öncə təsvir olunduğu dekorasiya qurulub. Dekorasiyada əsasən Təbrizin hökumət evi (Darül-Hökumət), Abbas Mirzənın sarayı, Təbriz şəhərinin mərkəzi meydanı, şəhərin giriş qapısı, Came məscidi, bir neçə mənzil əks olunub. İndiyədək serialın 30 faiz çəkilişləri başa çatıb.

Serialda İranın tanınmış aktyorları Cəmşid Məşayixi, Məhəmməd Müti, Məhəmmədrza Şərifiniya, İlham Həmidi, Daryuş Kardan, Çingiz Vusuqi, Leyla Zarezadə və başqaları rol alıb.

Serial 2011-ci ilin fevral ayından efirə çıxacaq. 20 seriyalı (hər seriyası 50 dəqiqə) film İran və Rusiya arasında baş vermiş müharibələr və tarixi hadisələri əhatə edir.

Xəbər lenti

Xəbər lenti