...

Azərbaycanda qlobal istiləşmə və iqlim problemlərini gündəmə gətirmək məqsədi ilə aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2010 11:23 (UTC +04:00)
"İRƏLİ" İctimai Birliyinin üzvləri qlobal istiləşmə və iqlim problemlərini gündəmə gətirmək məqsədi ilə Bakıda oktyabrın 10-da "Yaşıl düşün" adlı aksiya keçirib. Bu barədə İctimai Birliyin məlumatında deyilir.
Azərbaycanda qlobal istiləşmə və iqlim problemlərini gündəmə gətirmək məqsədi ilə aksiya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M. Əliyev/

"İRƏLİ" İctimai Birliyinin üzvləri qlobal istiləşmə və iqlim problemlərini gündəmə gətirmək məqsədi ilə Bakıda oktyabrın 10-da "Yaşıl düşün" adlı aksiya keçirib. Bu barədə İctimai Birliyin məlumatında deyilir.

Tədbir çərçivəsində ekspertlər tərəfindən "Planeti qoru" və "İqlim dəyişkənliyi" mövzusunda təlimlər keçirildi, təlimlərin yekununda bütün iştirakçılar 3 komandaya bölünərək, şəhərdə "Yaşıl xəzinə ovçuları" adında oyuna başladılar. Oyunun yekununda yenidən bir araya gələn iştirakçılar aksiyanın Azərbaycanda keçirildiyini simvolizə edən nəhəng 350 işarəsi qurdular; daha sonra "Tarixin bir hissəsi ol!" adı altında fotosessiya təşkil edildi, ekoloji problemlərdən bəhs edən "Ağılsızlar əsri" adlı film nümayiş olundu. Aksiyaya qatılan gənclər tərəfindən şəhər gəzintisi və şəhərdə təmizlik işləri həyata keçirildi.

Mərasimin sonunda - axşam saat 22:10-da tədbir iştirakçıları elektrik enerjisinə qənaət etmək, həmçinin, atmosferə atılan karbon qazının miqdarını azaltmaq məqsədilə dünyadakı digər 7 milyon həmfikirlərinə qoşularaq, elektrik enerjisindən istifadəni 10 dəqiqəlik dayandırdılar.

"350.org" hərəkatı tərəfindən koordinə olunan, Greenpeace, WWF və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən "10/10/10 Global Work Party" çərçivəsində 188 ölkədən 7 347 aksiya qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti