...

Azərbaycanın "Neftçi" və Türkiyənin "Qalatasaray" klubları arasında əməkdaşlıq haqqında razılıq əldə olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2010 14:59 (UTC +04:00)
Azərbaycanın "Neftçi" və Türkiyənin "Qalatasaray" klubları arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.
Azərbaycanın "Neftçi" və Türkiyənin "Qalatasaray" klubları arasında əməkdaşlıq haqqında razılıq əldə olunub (ƏLAVƏ OLUNUB) (FOTO)

RED.əlav.: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 4 Noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın "Neftçi" və Türkiyənin "Qalatasaray" klubları arasında əməkdaşlıq haqqında razılıq əldə olunub. Bu barədə cümə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında "Qalatasaray" futbol klubunun idman direktoru Adnan Sezgin bildirib.

Onun sözlərinə görə, Bakıya səfəri zamanı yeniyetmə və gənc futbolçuların mübadiləsi, məşqçilərimizin təcrübə keçmək məqsədi ilə "Qalatasaray" klubunun düşərgəsinə yollanması və digər məsələlər həll edilib.

"Danışıqlarda əsas məqsədimiz bir millətin iki futbol klubu arasında əməkdaşlığı genişləndirmək və "Neftçi" futbol klubunun fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorren ilə bağlı iki komanda arasında yaranmış anlaşılmazlığı həll etmək idi. Bu məsələ artıq həll olunub", - Sezgin əlavə edib.

Bir müddət əvvəl fiziki hazırlıq üzrə italiyalı məşqçi Türkiyə təmsilçisinin yeni təyin edilmiş baş məqşçisi George Hacinin dəvəti ilə İstanbula yollanmışdı.

O qeyd edib ki, yanvarda "Neftçi" və "Qalatasaray"ın Antalyadakı təlim məşq toplantısı zamanı iki klub arasında yoldaşlıq görüşünün keçirilməsi gözlənilir. Onun sözlərinə görə, "Qalatasaray"ın Azərbaycanın digər futbol klubları ilə əməkdaşlığı sahəsində də danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti