...

Sankt-Peterburqda Azərbaycan konsulluğunun təşkilatçısı olduğu konfrans keçirilib

Cəmiyyət Materials 20 Noyabr 2010 04:34 (UTC +04:00)

Cümə günü Rusiyanın Sankt-Peterburq şəhərində, şəhər administrasiyasının yerləşdiyi binada 4 ölkənin - Azərbaycan, ABŞ, Belçika və Hindistan baş konsulluqlarının təşkilatçılığı və Sankt-Peterburq Hökumətinin dəstəyi ilə "Tolerantlıq - qloballaşma dövrünün ümumi dəyəridir" mövzusunda 300-dən çox iştirakçısı olan konfrans keçirilib. Bu barədə ölkəmizin həmin şəhərdəki baş konsulluğun yaydığı məlumatda bildirilib.     

"Miqrasiya və tolerantlıq", "Mədəni müxtəlifliyə hörmət", "İnsan haqları və tolerantlıq" konfransın əsas müzakirə mözuları olub.

Tədbirdə Sankt-Peterburq ictimaiyyəti, alimlər, ali təhsil müəssisələrinin tələbə və müəllim heyəti, şəhərdə akkreditə olunmuş diplomatik missiya rəhbərləri, beynəlxalq və qeyri-hökumət təşkilatların təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın şəhərdəki baş konsulu, Qüdsi Osmanov "Hamı müxtəlifdir, hamı bərabərdir" mövzusunda çıxış edərək insanların öz milli xüsusiyyətlərini qoruyub saxlamaqla cəmiyyətdə özünə layiqli yer tutmağın, müasir dövrdə müxtəlif mədəniyyətlərə hörmətin vacibliyini vurğulayıb. Qüdsi Osmanov Azərbaycanda və Rusiyada olduğu kimi tolerantlıq ideyasının həyata keçirilməsində dövlət siyasətinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.

Baş konsul Azərbaycanda yaşayan bütün xalqların mənəvi dəyərlərinə qarşılıqlı ehtiramla yanaşılması nəticəsində burada hökm sürən tolerantlıq və konfessiyaların azad fəaliyyəti üçün yaradılmış imkanların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və onun yolunu davam edən prezident İlham Əliyevin bu gün də uğurla həyata keçirdiyi tolerantlıq siyasətinin real nailiyyətindən söz açıb.

Moskva beynəlxalq münasibətlər Universitetinin aspirantı, Rusiya Azərbaycan gənclər birliyinin nümayəndəsi Natiq Əliyev  çıxışında  Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın rəhbərliyi altında keçirilən mədəni-maarif tədbirlərdən söz açaraq, RAGT-nın mərkəzi və Rusiya Federasiyasının regional şöbələrində tolerantlıq mövzusunda bir sıra tədbirlərin keçirildiyini bildirib, o cümlədən "Qanın milliyyəti yoxdur" adlı kompaniyada azərbaycanlı gənclərin qan vermə təşəbbüsünə qoşulmalarını xüsusilə qeyd edib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti