...

Azərbaycanda axtarışda olan şəxsdən saxta əskinaslar götürülüb

Cəmiyyət Materials 20 Noyabr 2010 13:52 (UTC +04:00)
Qax və Göyçay rayon polis şöbələrinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olan Rəhim Əbdürrəhmanov tutulub.
Azərbaycanda axtarışda olan şəxsdən saxta əskinaslar götürülüb

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda axtarışda olan şəxsdən saxta əskinaslar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, Qax və Göyçay rayon polis şöbələrinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olan Rəhim Əbdürrəhmanov tutulub.

Əbdürrəhmanovun üstünə baxış zamanı ondan 6 ədəd 50, 5 ədəd 20, 3 ədəd 10 manatlıq saxta pul əskinasları aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti