...

OANA-nın 50 illiyinin keçirilməsi planlaşdırılır (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2010 15:13 (UTC +04:00)
2011-ci ildə Asiya və Sakit okean ölkələrinin xəbər agentlikləri təşkilatının (OANA) yubileyinin keçirilməsi planlaşdırılır. Bu barədə qərar OANA Baş assambleyasının 14-cü iclasında qəbul edilib.
OANA-nın 50 illiyinin keçirilməsi planlaşdırılır (FOTO)

Türkiyə, İstanbul, 26 noyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

2011-ci ildə Asiya və Sakit okean ölkələrinin xəbər agentlikləri təşkilatının (OANA) yubileyinin keçirilməsi planlaşdırılır. Bu barədə qərar OANA Baş assambleyasının 14-cü iclasında qəbul edilib.

Təşkilatın 50 illiyinin Parisdə keçirilməsi təklifi ilə İTAR-TASS agentliynin nümayəndəsi Mixail Qusman çıxış edib. Tədbirin vaxtı və dəqiq yeri daha sonra razılaşdırılacaq.

OANA YUNESKO-nun təşəbbüsü ilə 1961-ci il dekabrın 22-də Banqkokda Asiya milli agentlikləri konfransında yaradılıb, Asiya və Sakit okean regionunun 33 ölkəsindəki 40 agentliyi birləşdirir.

Yer kürəsi əhalisinin 60 faizindən çoxu OANA-nın təsir zonasındadır. Rusiyanın İTAR-TASS, Türkiyənin Anadolu, Azərbaycanın Trend, Yaponiyanın Kyodo News, Çinin Xinhua, İranın İRNA, Səudiyyə Ərəbistanının SPA, Cənubi Koreyanın Yonhap, Pakistanın PPI və APP, Qazaxıstanın Kazinform, Avstraliyanın AAP, İndoneziyanın ANTARA, Küveytin KUNA, Hindistanın PTİ agentlikləri və digərləri təşkilatın üzvləri arasındadır.

Xəbər lenti

Xəbər lenti