Dünya azərbaycanlı gənclərinin qarşısında duran məsələlərdən biri ermənilərin uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməsidir – Əli Həsənov (YENİLƏNİB)

Dünya azərbaycanlı gənclərinin qarşısında duran məsələlərdən biri ermənilərin uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməsidir – Əli Həsənov (YENİLƏNİB)

RED əlavəsi: Əli Həsənovun konqresdəki çıxışı əlavə olunub

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M. Əliyev/

Dünya azərbaycanlı gənclərinin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatının qarşısında dayana bilməsidir, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Almaniyanın Frankfurt şəhərində şənbə günü keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresində çıxışı zamanı bildirib.

"Dünya azərbaycanlıları gəncləri yaşadığı ölkələrdə elə bir önəmli faktora, gücə çevrilməlidir ki, onlarla hesablaşmalıdırlarlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsinin dünyaya yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə hər bir ölkədə fəaliyyətn göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Və eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız, çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanında yaxşı faydalanmaq lazımdır" Həsənov deyib, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Bu gün Almaniyanın Frankfurt şəhərindəki "The Westin Grand" otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi başlanıb. Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçirilir.

Həsənov Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. O bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürüdüb.

"Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur" misalını xatırladan Həsənov deyib ki, hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır.

"Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizn əsas hissəsi isə yeni, saglam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir" deyən Əli Həsənov bəyan edib ki, gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir.

Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının rəsmisi xatırladıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yadda qalan addımlarından biri məhz 1994-də Gənclər və İdman Nazirliyinin yaradılması olub.

"Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı bu addımla, məhz gənclər siyasətindən başlamaqla milli liderimiz bu gunləri düşünürdü, gənclərin gələcəyini və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin təməlini saglam qoyub" Həsənov belə deyib.

Həsənov gənclərə müraciətlə deyib ki, qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır.

"Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas vəzifələrdən biri də məhz sağlam və təhsilli gənclik yetışdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıya, sevə, hörmət edə və dəstək verəcək" deyə Əli Həsənov çıxışında bildirib.

Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin açılışında çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərinin qorunması və mədəni irsinin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.

"Azərbaycan gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olub, respublikamızın inkişafında mühüm rol oynayıb. Təsadüfü deyil ki, ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm verib"- deyən Nazim İbrahimov əlavə edib ki, 1970-ci illərdə ümummilli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq böyük şəhərlərinin 170-dən çox ali təhsil müəssisəsində 15 mindən artıq azərbaycanlı gənc ali təhsil alıb. Bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini elə o həmin gənclər təşkil edir. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır.
Dövlət başçısının imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur. Dövlət Komitəsi sədrinin sözlərinə görə, xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır, Vətənimizin problemləri barəsində dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması prosesində fəal iştirak edirlər. Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis edib.

"Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və diaspor quruculuğu işinə qoşulması prosesi bu gün də davam edir. 2009-cu ilby aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olub. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimvaiyyətinə çatdırılması,
gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atıb" Nazim İbrahimov bildirib.

DİDK sədri əlavə edib ki, bu gün xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin milli maraqlarının müdafiəsi, xalqın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirməsi təqdirəlayiq haldır. Dünyanın müxtəlif regionlarında - Avropada, Amerikada, Asiyada, MDB məkanında fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları Xocalı soyqırımı barədə yaşadıqları ölkələrin ictimaiyyətinin, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin, kütləvi informasiya vasitələrinin məlumatlandırılması məqsədilə müxtəlif kampaniyalar təşkil edir, elmi-praktiki konfranslar, etiraz aksiyaları keçirir. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında əsil həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, jurnalistlərə, eləcə də sadə vətəndaşlara çatdırmağa çalışırlar.

Nazim İbrahimov onu da deyib ki, xaricdə təhsil alan azərbaycanlı gənclər xalqımızın zəngin mədəni irsinin ən fəal təbliğatçılarıdır. Ötən müddətdə azərbaycanlı gənclər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin tanıdılması məqsədilə onlarla layihə həyata keçirib, tədbirlər təşkil ediblər. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada, Rusiya Federasiyası, Yaponiya, Misir, Koreya və digər ölkələrdə azərbaycanlı gənclər təşkilatlarının təşkil etdiyi bu tədbirlər Azərbaycan mədəniyyətini, xalqımızı və ölkəmizi tanıtmaq üçün təsirli bir vasitə olduğunu və gənclərimizin bu vasitədən kifayət qədər uğurla faydalandığını təsdiqləyir.

Nazim İbrahimovun sözlərinə görə, bu həm də o deməkdir ki, müasir Azərbaycan gəncləri hansı ölkədə yaşamasından və hansı sahədə təhsil almasından açılı olmayaraq öz xalqının tarixi, mədəniyyəti, onun milli maraqlarının sərhədləri barədə çox dəqiq və aydın təsəvvürə malikdir.

"Bu mühüm amil ölkəmizin gələcəyi və bu gələcəyin sahibləri olan gənclərimiz haqqında optimist düşünməyimizə əsas verir. Görünür elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük etimad bəslədiyini ifadə edərək deyib: "Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir", - o deyib.

"Ötən müddət ərzində qazanılmış nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, qeyd etməliyik ki, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının qaprşısında həllini gözləyən bir sıra taleyüklü vəzifələr də dayanır. Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, müxtəlif ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, kütləvi informasiya vasitələri ilə ələqələrin möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha ciddi və daha konkret nəticələrin əldə olunması və digər sahələrdə görüləsi işlər çoxdur. Lakin gəncliyin bugünkü ruhu, proseslərə baxışı, intellektual potensialı deməyə əsas verir ki, gənc soydaşlarımız bu vəzifələrin öhdəsindən uğurla gələcəklər. Dünya Azərbaycanlı Gənclərin I Konqresi də əslində bu inamın və etimadın bir təzahürüdür!" - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri deyib.

Dünya Azərbaycanlı Gənclərinin I Konqresi Azərbaycanın zəngin ictimai - siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcək. Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Konqresdə çıxışı zamanı deyib.

"İnanıram ki, bu tarixi tədbirin iştirakçısı olmaq qismətini əldə etmiş hər bir şəxs ömür boyu bununla qürur hissi duyacaq və müasir tariximizdə üzərinə düşən məsuliyyəti düzgün dərk edəcək" - nazir əlavə edib.

Nazir Rəhimov qeyd edib ki, zaman-zaman müstəqilliyindən məhrum edilən Azərbaycan xalqı bu gün artıq öz taleyinin sahibinə çevrilib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzimkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm sütünlar üzərində Azərbaycan dövləti inkişaf etməkdədir.

Nazir Azərbaycanda gənclər siyasəti sahəsində görülən işlərdən də danışıb: "Son 5 il ərzində hökumət tərəfindən gənclər təşkilatlarının 350-dən artıq layihəsinin dəstəklənməsi üçün dövlət büdcəsindən 3.800.000 manat vəsait ayrılıb, gənclərin ölkənin dövlət idarəetmə və seçkili orqanlarında təmsilçiliyi ildən-ilə artmaqdadır. Hazırda bələdiyyə üzvlərinin təxminən 30%-ə yaxını gənclərdir, onlardan 326-sı bələdiyyə sədridir" - nazir vurğulayıb.

Rəhimov azərbaycanlı gəclərin xarici ölkələrdəki diaspor fəaliyyətindən də söz açıb.

"Son illər ərzində xaricdə təhsil alan azərbaycanlı gənclərinin diaspor və lobbiçilik sahəsində fəaliyyəti güclənməkdədir. Bu işdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın xüsusi rolu vardır. Proqram çərçivəsində hər il Azərbaycan gəncləri müxtəlif ölkələrin nüfüzlu universitetlərində təhsil almağa göndərilirlər. Bu proqramın icrası Vətənimizin gələcək intellektual potensialının möhkəmləndirilməsinə, elmin və biznesin, eyni zamanda mədəniyyətin inkişafında gənclərin iştirakına yeni imkanlar yaradır." - o qeyd edib.

Onun sözlərinə görə, bu cür şərait gənclik enerjisinin səmərəli istiqamətə yönləndirilməsini və mədəniyyətlərarası dialoqun formalaşmasını zəruri edir.

"Əldə edilən bilik və bacarığın düzgün və lazımi şəkildə tətbiqi də vacib məsələdir. Bir sıra ölkələrdə xaricdə yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirən qeyri hökumət gənclər təşkilatları yaranmaqdadır. Bunların içərisində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın sədrlik etdiyi bu təşkilat Rusiyada fəaliyyət göstərən azərbaycanlı gənclər klublarını və təşəbbüs qruplarını birləşdirən və Rusiya Federasiyanın bütün subyektlərində təmsil olunan vahid bir platformaya çevrilib. Təşkilat tərəfindən keçirilən layihələr Azərbaycanın mədəni irsinin və həqiqətlərinin Rusiyada təbliğ edilməsinə və iki ölkə gəncləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Son bir neçə il ərzində Almaniyada, Fransada, Yunanıstanda, Avstriyada, Belçikada, Böyük Britaniyada və digər ölkələrdə xaricdə təhsil alan azərbaycanlı gənclərin forumları keçirilib. Forumlarda həmin ölkələrin parlament üzvləri, siyasət və iş adamları iştirak ediblər. Bununla yanaşı, ənənəvi olaraq hər yay tətili zamanı Azərbaycanda xaricdə təhsil alan azərbaycanlı gənclərin forumları keçirilir. Artıq 8 forum keçirilib və bu il avqust ayında "Xaricdə Təhsil alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu" adlı təşkilat təsis edilib." - o vurğulayıb.

Daha sonra RAGT-nin sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini qurumun icraçı direktoru Emin Haciyev səsləndirib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciətində deyilir:

"Əziz dostlar! Bu gün siz mühüm bir hadisənin - Dunya Azərbaycanli Gəncləri I Konqresinin iştirakçılarısınız. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Avropa, Amerika, dünyanın fərqli qitələrində və ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss edə biləcəklər. Ümumi məqsədlərə nail olmaq əzmi ilə çalışan insanlarla tanış olmaq imkanı əldə edəcəklər. Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir.
Frankfurtda keçirilən Dunya Azərbaycanli Gənclərinin I Konqresi həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. Bundan əlavə, Kongres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı - AMOR rəsmi olaraq iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində gənc həmvətənlərimizin təşəbbüslərinin geniş mənada dəstəklənməsinə çalışmışdır. AMOR ötən dövrdə öz fəaliyyet coğrafiyasını xeyli genişləndirmişdir. İndi bizim bölmələrimiz Rusiya Federasiyasının demək olar ki, bütün regionlarında yaradılıb. Tədbirlərimizin hamısı gənclərimizin birliyinə istiqamətlənib, biz onlara təhsil almasına kömək edir, sağlam həyat tərzinin geniş yayılması, mədəni və tarixi dəyərlərimizə diqqətin artırılması, gənclərimizin ana dilimizi, ədəbiyyatımızı və milli ənənələrimizi öyrənmək istəyini dəstəkləyirik. Bunların hamısı olduqca vacibdir. Dünyanın bir sıra ölkəsini təmsil edən yüzlərlə gəncin konqresdə iştirakı Azərbaycan gənclərinin həmyaşıdları ilə ünsiyyətdə olmasının vacibliyini bir daha sübut edir. Əminəm ki, toplantı istirakçılarının hamısı istedadlı, kamil, parlaq və yaradıcı insanlardır. Sizin hamınız keyfiyyətli ali təhsil almaq üçün dünyanın nüfuzlu ali məktəblərində çalışır, qarşınıza ciddi məqsəd qoyaraq, ona nail olmaqdan çəkinmirsiniz. Bu isə o deməkdir ki, siz Azərbaycanın gələcəyinin inam və dayağısınız. Sizin gələcəyiniz isə - ölkəmizin gələcəyidir. Əminəm ki, iştirakçısı olduğumuz gənclər kongresi çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin yaradılması bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaqdır. Qarşıda isə bizi bu yolda mühüm vəzifələr gözləyir. Sizə yeni-yeni uğurlar və kongresin işinə isə müvəffəqiyyətlər arzu edirəm!"

Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Gənclər və İdman naziri Azad Rəhimov, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsi müdirinin müavini Quban Əmirov, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Avropa Şurası yanındakı Daimi nümayəndəliyimizin rəhbəri, səfir Arif Məmmədov, Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyədənin Frankfurtdakı baş konsulu İshan Sayqılı, Şimali Kipr Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və digər qonaqlar iştirak edirlər. Ümumilikdə tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edir.

Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı-RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb.

Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın konqresə müraciəti oxunduqdan sonra TürkPA-nın baş katibi Ramil Həsənov, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Türkiyənin Frankfurtdakı baş konsulu İlhan Sayqılı, AzərbaycanınAlmaniyadakı səfiri Pərviz Şahbazov təbrik nitqi ilə çıxış edib, konqresin əhəmiyyəti barədə fikirlərini çatdırıblar.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir

http://az.trend.az/news/society/1787633.html

http://az.trend.az/news/society/1787048.html

http://az.trend.az/news/politics/1786989.html

http://az.trend.az/news/society/1786099.html

http://az.trend.az/news/politics/1786011.html

http://az.trend.az/news/society/1785422.html

http://az.trend.az/news/society/1785378.html

http://az.trend.az/news/politics/1785342.html

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb
Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil
Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək - Rəcəb Tayyib Ərdoğan
Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər - Deputat
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb
Prezident İlham Əliyev: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq - Ərdoğan
Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır
Ərdoğan Zəngəzur dəhlizinin təməlqoyma mərasimində: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO)
Rusiyalı media eksperti Teleradio Akademiyasında olub (FOTO)
Azərbaycan və Xorvatiya arasında birgə komissiyanın növbəti iclası keçirilib
ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA
Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib
Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub (FOTO/VİDEO)
"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək - Nazir müavini
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO/VİDEO)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Dövlət orqanlarında 30 vakant vəzifə üzrə daxili müsahibə keçiriləcək
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO/VİDEO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO/VİDEO) (YENİLƏNİB)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib (FOTO)
Sabah hava yağışsız keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma (FOTO/VİDEO)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib (VİDEO)
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)
Dövlət orqanlarında 58 vakant vəzifə üzrə müsahibə elan edilib
İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb - DSMF
Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilən təqaüdün məbləği açıqlandı
Türkiyə Prezidenti Azərbaycana yola düşüb
Prezident Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır - Türkiyə PA
Gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq
Bütün xəbərlər