...

Naxçıvanda daxili işlər və vergi orqanlarında işə qəbulla bağlı imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 29 Noyabr 2010 12:36 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, noyabrın 27-də Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı və Muxtar Respublikanın vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib.
Naxçıvanda daxili işlər və vergi orqanlarında işə qəbulla bağlı imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan MR-də daxili işlər və vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, noyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı və Muxtar Respublikanın vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilib.

Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanı nəticəsində 1 nəfər, vergi orqanlarına qəbulla bağlı test imtahanında 3 nəfər müsabiqə şərtlərini ödəyərək (65 və daha yüksək bal toplayaraq) növbəti mərhələdə iştirak hüququ qazanıb.

Daxili işlər orqanlarının müsabiqəsinə 33 nəfərin, vergi orqanlarında elan olunmuş müsabiqəyə 14 nəfərin namizədliyi qeydə alınmışdı.

İmtahanların nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti