...

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda vərəmli məhkumların müalicəsi proqramını yekunlaşdırır

Cəmiyyət Materials 1 Dekabr 2010 13:11 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu il Azərbaycanda vərəmli məhkumların müalicəsi proqramı üzrə öz işini yekunlaşdırır.
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda vərəmli məhkumların müalicəsi proqramını yekunlaşdırır

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir K. Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu il Azərbaycanda vərəmli məhkumların müalicəsi proqramı üzrə öz işini yekunlaşdırır. Bunu çərşənbə günü BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşı Elçin Muxtarlı jurnalistlər üçün təşkil olunan seminarda bildirib.

"Gələn ildən etibarən bu müalicə yalnız Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək" - o, bildirib.

Muxtarlının sözlərinə görə, BQXK bu sahədə Azərbaycanla əməkdaşlığa 1995-ci ildən başlayıb və indiyədək 10 500-dən çox vərəmli məhkumun müalicəsi təmin olunub. Onun sözlərinə görə, bu müddət ərzində 5400-dən çox məhkumun müalicəsi uğurla nəticələnib, 300-dən çox multi-rezident (dərmana davamlı vərəm) məhkumun müalicəsi təmin olunub. Muxtarlı bildirib ki, həbsxanalarda bu proqrama başlananda il ərzində 450 ölüm faktı aşkar olunurdusa, 2009-cu ildə ölüm faizi 3 faizə düşüb.

O, bildirib ki, adi vərəm xəstəsinin müalicəsi üçün (8 aylıq kurs) 100 dollar, multi-rezident vərəmli xəstənin (24 aylıq kurs) müalicəsinə 50 min avro xərc çəkilir. "Bu vəsait "Yaşıl işıq" komitəsinin razılığı ilə "Qlobal Fond" tərəfindən ödənilir", - Muxtarlı deyib.

Azərbaycanda cəzaçəkmə müəssisələrində ən ağır və müalicəsi mümkün olmayan vərəm xəstələrinin sayı iki nəfərdir.

BQXK-nın dəstəyi ilə cəzaçəkmə müəssisələrindən ildə 100, mülki sektordan isə 240 multi-rezident xəstə müalicəyə cəlb olunur. "Bu sahə üzrə sağalma 70 faiz təşkil edir", - Mehdiyev bildirib.

Onun sözlərinə görə, ötən ildən başlayaraq azadlığa çıxan multi-rezident vərəmli məhkumların müalicəsi davam etdirilir və onlar xüsusi nəzarətdə saxlanılır.

Xəbər lenti

Xəbər lenti