...

Azərbaycanda dövlət qulluqçularının gender məsələləri ilə bağlı potensialını artırmaq üçün xüsusi təlimçilər hazırlanacaq

Cəmiyyət Materials 16 Dekabr 2010 16:39 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdikləri "Dövlət qulluğunda gender yönümündən həssas yanaşma" layihəsi çərçivəsində "Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma" mövzusunda təlim kursunun açılışı olub.
Azərbaycanda dövlət qulluqçularının gender məsələləri ilə bağlı potensialını artırmaq üçün xüsusi təlimçilər hazırlanacaq

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluqçularının gender məsələləri ilə bağlı potensialını artırmaq üçün xüsusi təlimçilər hazırlanacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdikləri "Dövlət qulluğunda gender yönümündən həssas yanaşma" layihəsi çərçivəsində "Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma" mövzusunda təlim kursunun açılışı olub.

Layihə tərəfindən "Dövlət qulluğunda gender bərabərliyi: praktiki tətbiq və gender yönümündən həssas yanaşma" adlı təlim vəsaiti hazırlanıb. Təlim kursunun məqsədi dövlət qulluqçularının gender məsələləri ilə bağlı potensialını artırmaq üçün bu vəsait əsasında xüsusi təlimçilərin hazırlanmasıdır.

Tədbirdə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qulluğu, kadrlar və insan resurslarının idarəedilməsi üzrə struktur bölmələrinin nümayəndələri və gender məsələləri üzrə müvəkilləri iştirak edirlər.

İki gün davam edəcək təlim kursunda "Gender haqqında ümumi məlumat", "Azərbaycan Respublikasının gender siyasəti və beynəlxalq öhdəlikləri", "Gender bərabərliyi, səmərəli idarəçilik və dövlət qulluğu" və "Dövlət qulluğunda gender yönümündən həssas yanaşma" mövzularında təqdimatlar dinləniləcək.

Xəbər lenti

Xəbər lenti