...

Azərbaycan Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 74 qərarını ləğv edib

Cəmiyyət Materials 17 Dekabr 2010 20:14 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsinə bu il 2 mindən artıq müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə cümə günü junalistlərə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Azərbaycan Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 74 qərarını ləğv edib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinə bu il 2 mindən artıq müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Məhkəmə sədri bildirib ki, şikayətlərin əsas hissəsi mənzil mübahisələri ilə bağlıdır.

Abdullayev deyib ki, bu il KM cinayət işləri ilə bağlı məhkəmə qərarlarından verilən şikayətləri icraata qəbul etməyib. Səbəb həmin işlər üzrə sübutların araşdırılması zərurətinin olmasıdır. KM-nin sübutları araşdırmaq səlahiyyəti olmadığından həmin qərarlardan verilən şikayətlər icraata qəbul edilməyib.

O, əvvəlki illərlə müqayisədə bu il ləğv olunan məhkəmə qərarlarının sayının az olduğunu deyib.

Abdullayev qeyd edib ki, KM tərəfindən 2004-cü ildən indiyədək Ali Məhkəmənin 74 qərarı ləğv olunub.

Abdullayev deyib ki, məhkəmələr tərəfindən qanunların müvafiq maddələrinin şərhi ilə bağlı müraciətlərin də sayı çoxalıb. Onun sözlərinə görə, KM tərəfindən indiyədək 63 qanunverici akta şərh verilib. Onlardan 2-si Konstitusiyanın, 61-i isə qanunların müvafiq maddələri ilə bağlı verilən şərhlər olub.

Xəbər lenti

Xəbər lenti