...

Azərbaycanda yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin sədrləri təyin olunub

Cəmiyyət Materials 17 Dekabr 2010 20:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi, həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunublar.
Azərbaycanda yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin sədrləri təyin olunub

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi, həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunublar. Yeni məhkəmələr 2011-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayacaqlar. Bu barədə cümə günü Trend-ə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Sərəncamdan irəli gələn məsələlər Məhkəmə-Hüquq Şurasında Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri Ramiz Rzayevin və yeni təyin olunmuş məhkəmə sədrlərinin iştirakı ilə geniş müzakirə edilib.

Yeni təyin olunmuş məhkəmə sədrləri tədbirdə çıxış edərək, mövcud nöqsanların aradan qaldırılması üçün əzmkarlıqla çalışacaqlarını, ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyi və hakimin yüksək adını uca tutacaqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti