Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda anomal isti hava şəraiti davam edəcək, bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
"Bu həftənin birinci yarısında havanın temperaturu yenə dekabr ayı üçün normadan yüksək olacaq. Bakı və Abşeron yarımadasında gündüz 15-17 dərəcə isti, Aran rayonlarında 13-18 dərəcə, Dağlıq ərazilərdə isə 8-10 dərəcə isti olacaq", - Tağıyeva deyib.
Onun sözlərinə görə, dekabrın 21-də şimal-şərq küləyi üstünlük təşkil edəcəyindən, dekabrın 22-də Bakı və Abşeron yarımadasında, ölkənin şərq ərazilərində qısamüddətli yağış yağacağı gözlənilir.