Gürcüstan, Tbilisi, 23 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan gömrükçüləri iki Ermənistan vətəndaşını ölkəyə qeyri-qanuni qızıl gətirdiklərinə görə saxlayıblar.
Trend-ə Gürcüstan Maliyyə Nazirliyindən verilən məlumata görə, Ermənistan vətəndaşları Suzanna və Feliks Manuçaryanlardan yarım kiloqram qaçaqmal yolu ilə gətirilən qızıl məmulatları müsadirə olunub.
Ermənistan vətəndaşları qaçaqmalı Gürcüstana Türkiyə-Gürcüstan sərhədindəki "Sarpi" nəzarət-buraxılış mənətəqəsindən gətiriblər.
Son iki ildə bu artıq dördüncü qaçaqmal faktıdır. Üç belə faktda Türkiyədən saxta ucuz qızılı sonradan Ermənistanda satmaq məqsədilə Gürcüstana gətirən Ermənistan vətəndaşları ifşa edilib.