...

AFFA 2010-cu ildə Azərbaycanda futbolun inkişafı üçün qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib - Baş katib

Cəmiyyət Materials 25 Dekabr 2010 12:14 (UTC +04:00)
AFFA 2010-cu ildə Azərbaycanda futbolun inkişafı üçün qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib - Baş katib
AFFA 2010-cu ildə Azərbaycanda futbolun inkişafı üçün qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib - Baş katib

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.Hüseynli/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2010-cu ildə futbolun inkişafı üçün qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini bəyan edib.

"2010-cu ili futbolun inkişafı baxımından yüksək qiymətləndiririk. Bu il 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsinə nail olduq", - şənbə günü Trend-ə 2010-cu ilin yekunlarına dair açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

AFFA-nın baş katibi Azərbaycanın gənclərdən ibarət futbol komandalarının reytinq cədvəlində yüksək yer tutmasını da uğur sayıb.

"İki futbol komandamız iki il bundan əvvəl 142-ci yerdə idisə, hazırda 101-ci yerdədir. Azərbaycan futbol tarixində ilk dəfə milli komandamız bu il 90-cı yerdə qərarlaşdı. İndi 208 ölkə arasında 98-ci yerdəyik. Bu da müsbət haldı", - Məmmədov deyib.

Baş katib bildirib ki, qarşıya qoyulan layihələr çox uğurla həyata keçirilir.

"AFFA prezidenti Rövnəq Abdullayev qarşımıza məqsəd qoyub ki, futbolun inkişafı üçün AFFA 3 proiritetə diqqət yetirməlidir: təhsil, infarstruktur və kütləvi futbol. Hazırda hər üç istiqamətdə işimizi peşəkar səviyyədə qurmağa çalışırıq. İki il bundan qabaq Azərbaycanda 1500 futbolçu mütəmadi olaraq futbol oynayırdısa və AFFA-da qeydiyyatdan keçmişdisə, indi 14 mindən çox futbolçu qeydiyyatdan keçib və hər həftə AFFA-nın bayrağı altında müxtəlif turnirlərdə, liqalarda iştirak edirlər. Bu, tək futbolun inkişafı deyil, Azərbaycan xalqının sağlam həyat tərzinin təbliğidir", - Məmmədov deyib.

Baş katib futbol təhsili ilə bağlı da müəyyən işlərin görüldüyünü vurğulayıb.

"Bildiyiniz kimi, 2008-ci ildə UEFA-nın A və B kateqoriyalı məşqçilərin kurslarını keçirməyə başladıq. UEFA bizə rəsmi olaraq bu kursların keçirilməsinə izacə verib. Azərbaycanda son üç ildə 250-dən çox məşqçi müxtəlif kateqoriyalı seminarlarda iştirak edib", - Məmmədov bildirib.

O, deyib ki, 2008-ci ildən bu günə qədər AFFA tərəfindən 58 meydança istifadəyə verilib.

"Bu, tək Bakıda deyil müxtəlif bölgələrdə həyata keçirilib. Bundan başqa, stadionlarda əsaslı təmir-bərpa işləri aparılıb. Bayıl qəsəbəsində 3 minlik stadionda təmir işləri görülüb, Mərdəkanda 5 min yerlik stadion inşa olunur, gələn il onun açılışında iştirak edəcəyik. "8-ci kilometr" adlanan ərazidə 12 min yerlik stadion inşa edilir. 2012-ci ildə, yəni dünya çempionatına qədər stadion istifadəyə veriləcək", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti