...

Azərbaycanda əksər zəhərlənmə halları Bakı və Abşeronda qeydə alınıb

Cəmiyyət Materials 8 Yanvar 2011 14:18 (UTC +04:00)
2010-cu ildə Azərbaycan əhalisi arasında zəhərlənmə hallarının əksəriyyəti Abşeron yarımadası, o cümlədən Bakı və Sumqayıtda qeydə alınıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Azərbaycanda əksər zəhərlənmə halları Bakı və Abşeronda qeydə alınıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Z.Əhmədova/

2010-cu ildə Azərbaycan əhalisi arasında zəhərlənmə hallarının əksəriyyəti Abşeron yarımadası, o cümlədən Bakı və Sumqayıtda qeydə alınıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

"Bu, 2010-cu ilin 11 ayı ərzində Azərbaycanda qeydə alınan bütün zəhərlənmə hallarının 80 faizini təşkil edib", - Mərkəzin şöbə müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, bu dövr ərzində respublikada 615 zəhərlənmə halı qeydə alınıb, nəticədə 735 nəfər xəsarət alıb, onlardan 22-si botulizmdəndir.

Abdullayev zəhərlənmə nəticəsində iki nəfərin dünyasını dəyişdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti