...

Azərbaycanda gənc alimlərin nailiyyətləri nümayiş olunacaq

Cəmiyyət Materials 17 Yanvar 2011 16:33 (UTC +04:00)
Azərbaycanda fevral ayının əvvəlində Gənc Alimlərin Elm Sərgisi keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Gənc Alimlər Şurasının sədri İlqar Orucov bildirib.
Azərbaycanda gənc alimlərin nailiyyətləri nümayiş olunacaq

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda fevral ayının əvvəlində Gənc Alimlərin Elm Sərgisi keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Gənc Alimlər Şurasının sədri İlqar Orucov bildirib.

"Gənclər gününə həsr olunmuş sərgi Azərbaycanın gənc alimlərinin son üç ildə əldə etdiyi nailiyyətləri əks etdirəcək", - Orucov bildirib.

Onun sözlərinə görə, sərgi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alimlər Şurası Gənclər və İdman Nazirliyinin elm sahəsində nailiyyətlərə görə təsis etdiyi "Gənclər mükafatı"na da namizədlər təqdim edəcək. Namizədlər AMEA-nın beş bölməsi üzrə hər bölmədən bir nəfər olmaqla irəli sürüləcək.

Azərbaycanda 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən 2 Fevral - Gənclər Günü elan edilməsi ilə bağlı qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti