...

Gürcüstanda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Cəmiyyət Materials 19 Yanvar 2011 18:00 (UTC +04:00)
Gürcüstanda 20 Yanvar faciəsində həlak olanların xatirəsi yad edilib. Heydər Əliyev adına bağda yerli azərbaycanlılar və Milli Məclisin deputatları toplaşıblar.
Gürcüstanda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Gürcüstan, Tbilisi, 19 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda 20 Yanvar faciəsində həlak olanların xatirəsi yad edilib. Heydər Əliyev adına bağda yerli azərbaycanlılar və Milli Məclisin deputatları toplaşıblar.

Onlar Heydər Əliyevin heykəlinə əklil qoyublar və baş verən faciə ilə bağlı kədərləndiklərini bildiriblər.

"Bu gün Azərbaycan xalqının anım və matəm günüdür, - Trend-ə Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova deyib. - Mən bu gün Tbilisidə həlak olanların xatirəsini yad etmək üçün imkanımızın olmasına şadam. Lakin onların ölümü hədər getməyib və bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlət kimi təşəkkül tapıb", - o qeyd edib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti