...

Gürcüstanda çörəyin qiyməti arta bilər

Cəmiyyət Materials 21 Yanvar 2011 14:13 (UTC +04:00)
Gürcüstanda çörəyin qiyməti arta bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə buğda idxalı üzrə böyük şirkətlərdən biri olan "Aqrikom"un rəhbəri Koki Osipov deyib.
Gürcüstanda çörəyin qiyməti arta bilər

Gürcüstan, Tbilisi, 21 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda çörəyin qiyməti arta bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə buğda idxalı üzrə böyük şirkətlərdən biri olan "Aqrikom"un rəhbəri Koki Osipov deyib.

Onun sözlərinə görə, çörəyin qiyməti dünya bazarında buğdanın qiymətinin artım tendensiyası daha iki ay yarım ərzində saxlanılarsa, arta bilər.

"Bu gün Ukrayna buğdasının orta qiyməti 350 dollar təşkil edir. Qiymət artımı daha iki ay yarım davam edərsə, bu, Gürcüstanda unun qiymətinin, ondan 20 gün sonra isə çörəyin qiymətinin artmasına səbəb olacaq",- Osipov deyib.

Onun sözlərinə görə, beynəlxalq qiymətlərin artmasına böyük idxalçı ölkələrdəki zay məhsul səbəb olub.

Osipov qeyd edir ki, lakin vəziyyəti dramatik qiymətləndirmək olmaz. Onun məlumatına əsasən, Gürcüstana gəldikdə isə, ölkəyə 90 min tondan çox buğda gətirilib. Bu, ənənəvi ehtiyatları üstələyəcək və üç ay ərzində ölkəni təmin edəcək.

Buğda əsasən, Ukrayna, Macarıstan və Almaniyadan idxal olunur. Yaxın gələcəkdə ehtiyatların doldurulması üçün Fransadan idxal nəzərdə tutulur. Avropa buğdasının qiymətinin əhəmiyyətli şəkildə artdığı təqdirdə isə ABŞ-dan gətirilməsi gözlənilir.

Hər ay Gürcüstan üçün təxminən 35 min tona yaxın buğda lazımdır.

Xəbər lenti

Xəbər lenti