...

Belçikada yeni, son dərəcə təhlükəli narkotik maddə aşkarlanıb, bir nəfər ölüb

Cəmiyyət Materials 21 Yanvar 2011 14:31 (UTC +04:00)
Belçikada narkodilerlər yeni, son dərəcə təhlükəli sintetik narkotik maddə yayırlar və onun qəbulu nəticəsində artıq bir nəfər dünyasını dəyişib, digəri isə ağır vəziyyətdədir. Trend-in məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.
Belçikada yeni, son dərəcə təhlükəli narkotik maddə aşkarlanıb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Belçikada narkodilerlər yeni, son dərəcə təhlükəli sintetik narkotik maddə yayırlar və onun qəbulu nəticəsində artıq bir nəfər dünyasını dəyişib, digəri isə ağır vəziyyətdədir. Trend-in məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.

Artıq müəyyən olunub ki, adı çəkilən "sarı kirşan" amfetamin, təsiri ilə kokainə yaxın olan sintetik psixostimulyator, psixoaktiv maddə olan katinonun qarışığından ibarətdir, "RİA Novosti" xəbər verir.

Yeni narkotik maddənin qəbulu nəticəsində insanın bədən temperaturu sürətlə artır ki, bu da ölümlə nəticələnə bilər.

Polis artıq "sarı kirşan"ın satıcılarından birini həbs edib, yerli KİV xəbər verir.

Xəbər lenti

Xəbər lenti