...

Azərbaycanda adlarla bağlı yeni qanun hazırlanacaq

Cəmiyyət Materials 21 Yanvar 2011 15:42 (UTC +04:00)
Azərbaycanda adlarla bağlı ayrıca qanun hazırlamağa ehtiyac var. Bunu cümə günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycanda adlarla bağlı yeni qanun hazırlanacaq

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda adlarla bağlı ayrıca qanun hazırlamağa ehtiyac var. Bunu cümə günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

"Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu adların siyahısı ilə bağlı çox işlər görüb", - Cəfərov deyib.

Deputatın sözlərinə görə, adlar var ki, ənənəvi olaraq qoyulub, bu gün də qoyulur və gələcəkdə uşağa belə adların verilməsində heç bir problem yoxdur.

"Lakin elə adlar var ki, onlar köhnəlib, yaxşı olar ki, həmin adlar qoyulmasın. Bundan başqa, qadağa olunmuş adlar da olmalıdır. Məsələn, Hitler adını göstərmək olar, eyni zamanda, mövcud adların təhrif olunmuş forması - İbrahim əvəzinə İrvahım", - deputat əlavə edib.

Cəfərov hesab edir ki, bunu sərəncamla və qanuna düzəlişlə həll etmək çətindir. Geniş bir qanuna ehtiyac var.

Deputat adlarla bağlı qanunun hazırlanması üçün dünyadakı qanunların nəzərdən keçirildiyini deyib.

Azərbaycanda insan adlarının qoyulmasında yeni "işıqfor" mexanizmi tətbiq olunacaq. Yeni prinsipə əsasən, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar "yaşıl siyahı"ya salınacaq ki, bu adların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriya adlar - "sarı siyahı" - tövsiyə olunmayan, gülünc doğuran, digər dillərdə yaxşı səslənməyən adlardır ki, bu adları qoyarkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağıracaq. Üçüncü kateqoriya adlar isə "qırmızı siyahı"ya salınacaq ki, bu adların qoyulmasına icazə verilməyəcək. Bu adlar Azərbaycan xalqına qarşı təcavüz törətmiş şəxslərin adları, mənası dilimizdə təhqir ifadəsi verən adlardır.

Xəbər lenti

Xəbər lenti