...

Azərbaycanda milli informasiya təhlükəsizliyi sistemi formalaşdırılır

Cəmiyyət Materials 22 Yanvar 2011 13:16 (UTC +04:00)
Azərbaycanda milli informasiya təhlükəsizliyi sistemi formalaşdırılır. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.
Azərbaycanda milli informasiya təhlükəsizliyi sistemi formalaşdırılır

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda milli informasiya təhlükəsizliyi sistemi formalaşdırılır. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

"Azərbaycan 2008-ci ildə Kibercinayətkarlıqla mübarizə üzrə Avropa Konvensiyasına qoşulub. Bu addımı atmaqla Azərbaycan kibercinayətkarlığa qarşı mübarizədə iştirakçı ölkələrin birgə səylərindən, mexanizmlərindən istifadə edir", - Əliquliyev bildirib.

Onun sözlərinə görə, hazırda qlobal məkanda informasiya mübarizəsi çox dərin və kəskin xarakter alıb və bu müharibədə iştirakçı tərəflərin sayı daha çoxdur, onun vurduğu zərərlər də daha dərindir. "İnformasiya müharibəsində təhlükə hər tərəfdən gələ bilər. Elmi-texniki inkişafa uyğun olaraq, müharibənin metodları və silahları da dəyişir. Azərbaycan bu vasitələrdən düzgün istifadə etməli və Azərbaycan həqiqətlərini virtual məkanda dünyaya çatdırmalıdır", - direktor deyib.

Xəbər lenti

Xəbər lenti