...

Azərbaycanda magistraturaya sənəd qəbulu başlayır

Cəmiyyət Materials 25 Yanvar 2011 11:32 (UTC +04:00)
Bu gün Azərbaycanda 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanlarına ərizə qəbulu başlayır. Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəd qəbulu fevralın 7-dək aparılacaq.
Azərbaycanda magistraturaya sənəd qəbulu başlayır

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir М.Əliyev/

Bu gün Azərbaycanda 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanlarına ərizə qəbulu başlayır. Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəd qəbulu fevralın 7-dək aparılacaq.

Qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək. Qəbul qaydalarına uyğun olaraq, imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika üzrə bilikləri yoxlanılacaq.

TQDK imtahanların ikinci mərhələsinin iyunda keçirilməsini planlaşdırır.

Qəbulla bağlı elanın tam mətni "Magistr" xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti