...

2010-cu ildə Azərbaycanda 200 min nəfərdən çox şəxs qeyri-hökumət təşkilatlarının layihələrinə cəlb olunub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Yanvar 2011 12:18 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda 200 min nəfərdən çox şəxs qeyri-hökumət təşkilatlarının (QHT) layihələrinə cəlb olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu ilin yekunlarına həsr olunuş hesabat konfransında Şuranın sədri Azay Quliyev məlumat verib.
2010-cu ildə Azərbaycanda 200 min nəfərdən çox şəxs qeyri-hökumət təşkilatlarının layihələrinə cəlb olunub (ƏLAVƏ OLUNUB)

Son üç abzasda Azay Quliyevin fikirləri əlavə olunub (ilk xəbər 11:52-də yayılıb).

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Hacıyev/

2010-cu ildə Azərbaycanda 200 min nəfərdən çox şəxs qeyri-hökumət təşkilatlarının (QHT) layihələrinə cəlb olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu ilin yekunlarına həsr olunuş hesabat konfransında Şuranın sədri Azay Quliyev məlumat verib.

"Ötən il 1100 vətəndaş layihələr çərçivəsində işə cəlb olunub və ödənişli əmək fəaliyyəti ilə məşğul olub", - Quliyev deyib.

Quliyev onu da qeyd edib ki, 2010-cu ildə Şuranın büdcəsində 2 milyon 102 min manat vəsait olub. 845 təşkilat maliyyələşmə üçün müraciət edib və 352 layihə Şura tərəfindən maliyyələşdirilib. Layihələrdən 54-ü insan hüquqlarına, 43-ü Qarabağ münaqişəsinə, 19-u Azərbaycanın dünya birliyinə inteqrasiyasına həsr olunub.

Şura sədri deyib ki, ötən il öz fəaliyyətində fərqlənən QHT-lər Şura tərəfindən mükafatlandırılacaq.

Quliyevin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından dövlət vəsaiti alan ən azı 70 təşkilat barəsində sanksiya tətbiq olunacaq.

O, bildirib ki, şuranı bu addımı atmağa vadar edən bəzi QHT-lərin indiyə qədər hesabat verməməsi olub.

"Bəzi QHT-lər vaxtı-vaxtında götürdükləri layihə üzrə hesabatlarını verməyiblər. Bir qrupu isə ümumiyyətlə, hesabat verməyib. Sanksiya tətbiq olunacaq təşkilatlara 2 il layihə vermək qadağan olunacaq. Sonda isə barələrində hüquq-mühafizə orqanlarına müraciət ediləcək" , - Quliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti