...

Interpol Qırğızıstanın sabiq energetika nazirini yaxalayıb

Cəmiyyət Materials 26 Yanvar 2011 11:51 (UTC +04:00)
İnterpol İrlandıyanın Dublin şəhərində Qırğızıstanın sabiq energetika naziri Saparbey Balkibekovu saxlayıb. Trend-in məlumatına görə, bu barədə "24.kg" informasiya agentliyi Qırğızıstanın Baş Prokurorluğundakı mənbələrə istinadən xəbər verib.
Interpol Qırğızıstanın sabiq energetika nazirini yaxalayıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

İnterpol İrlandıyanın Dublin şəhərində Qırğızıstanın sabiq energetika naziri Saparbey Balkibekovu saxlayıb. Trend-in məlumatına görə, bu barədə "24.kg" informasiya agentliyi Qırğızıstanın Baş Prokurorluğundakı mənbələrə istinadən xəbər verib.

Saparbey Balkibekov keçmiş energetika naziri və "Elektrik stansiyaları" ASC-nin sabiq rəhbəridir. O, digər yüksəkvəzifəli məmurlar kimi Kurmanbey Bakiyevin prezidentliyi dövründə 2010-cu ilin aprel hadisələrindən sonra ölkədən qaçıb və istintaq orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Xəbər lenti

Xəbər lenti