...

Azərbaycanda həbsxanada saxlanılan məhkumlar ombudsmana şikayət ediblər

Cəmiyyət Materials 29 Yanvar 2011 12:11 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, həbsxanasında başçəkmə həyata keçiriblər.
Azərbaycanda həbsxanada saxlanılan məhkumlar ombudsmana şikayət ediblər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Qobustan həbsxanasında saxlanılan məhkumlardan bir neçəsi ombudsmana rəhbərlikdən şikayət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, həbsxanasında başçəkmə həyata keçiriblər.

Başçəkmə zamanı söhbət aparılmış məhkumlardan bir neçəsi həbsxana rəhbərliyi və əməkdaşları tərəfindən kobud rəftara, təzyiqlərə məruz qaldıqlarını, göstərilən tibb xidmətindən narazı olduqlarını söyləyib, bəzi kameralarda saxlanma şəraitinin mövcud standartlara uyğun olmadığını, müxtəlif ünvanlara yazdıqları müraciətlərin göndərilmədiyini bildiriblər.

Ombudsman bu başçəkmənin nəticələri ilə əlaqədar ədliyyə nazirinə məktubla müraciət edib, qeyd edilən çatışmazlıqların aradan qaldırılmasını, məhkumların müraciətlərində göstərilən halların araşdırılmasını, qanuna uyğun qaydada, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Məlumatda bildirilir ki, MPM qrupunun üzvləri ombudsmanın tapşırığına əsasən, həbsxanada bir müddət əvvəl uzunmüddətli -- ikigünlük başçəkmə həyata keçirmiş, ombudsman adı çəkilən nazirliyə müraciət edərək, başçəkmə zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını, müvafiq tədbirlərin görülməsini tövsiyə etmişdi.

Sonuncu səfər həmin başçəkmə zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələrin icrasının araşdırılması məqsədilə edilib.

Son başçəkmə zamanı müəssisənin giriş qapısında gözləmə yerinin tikilib istifadəyə verildiyi, məhkumlarla görüşə gələnlərin öz növbələrini gözləmələri üçün burada lazımi şəraitin yaradıldığı müəyyən edilib.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti