...

Gəncə Baytarlıq Klinikasında mobil tibbi xidmətlər göstəriləcək

Cəmiyyət Materials 31 Yanvar 2011 13:35 (UTC +04:00)
Azərbaycanın Gəncə şəhərinin Baytarlıq Klinikasının əməkdaşları fermer təsərrüfatlarında mobil tibbi xidmətlər göstərməyə başalayacaq. Bu barədə bazar ertəsi Trend-ə Klinikadan bildiriblər.
Gəncə Baytarlıq Klinikasında mobil tibbi xidmətlər göstəriləcək

Azərbaycan, Gəncə, 31 yanvar /Trend, müxbir J.Qurbanova/

Azərbaycanın Gəncə şəhərinin Baytarlıq Klinikasının əməkdaşları fermer təsərrüfatlarında mobil tibbi xidmətlər göstərməyə başalayacaq. Bu barədə bazar ertəsi Trend-ə Klinikadan bildiriblər.

Klinikada hazırda rentgen otağı, USM kabineti müasir tipli cərrahi əməliyyat otaqları, lazım gəldikdə heyvanların qan analizini aparmaq üçün avadanlıqlar mövcuddur. İri heyvanlarda keysər əməliyyatları, rumenotomiya, dırnaqların işlənməsi, bir çox yoluxmayan xəstəliklərin müalicəsi aparılır, xırda heyvanlar üzərində həm eksperimental, həm də müalicəvi cərrahi əməliyyatlar icra edilir.

"Qərb bölgəsində fəaliyyət göstərən klinika fermer təsərrüfatlarına müqavilə əsasında baytarlıq xidmətləri göstərmək niyyətindədir. Müqavilələr bağlandıqdan sonra klinikanın əməkdaşları həmin təsərrüfatlara gedəcək və orada lazım olan diaqnostika, müayinə, müalicə işlərini həyata keçirəcək", - Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və əczaçılıq kafedrasının dekanı Telman İsgəndərov bildirib.

Tələbələrin bilik və təcrübələrinin artırılması, baytarlıq ixtisasını dərindən mənimsəmələri məqsədi ilə 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Baytarlıq Klinikası yaradılıb. Respublikada yeganə olan klinakada həmçinin ev quşları, it, pişik və digər sevimli heyvanların müalicəsi də təşkil olunur. Klinika yeni fəalliyyətə başladığından bu xidmətlər pulsuzdur. Heyvan sahibləri yalnız dərman pulunu ödəyirlər.

Xəbər lenti

Xəbər lenti