...

Azərbaycanda hec vaxt milli zəmində çaxnaşmaya yol verilməyib - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 4 Fevral 2011 10:30 (UTC +04:00)
Azərbaycanda hec vaxt milli zəmində çaxnaşmaya yol verilməyib. Trend-in məlumatına görə, bunu cümə günü "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Azərbaycanda hec vaxt milli zəmində çaxnaşmaya yol verilməyib - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hec vaxt milli zəmində çaxnaşmaya yol verilməyib. Trend-in məlumatına görə, bunu cümə günü "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Bunu bir tərəfdən mədəniyyətlər və dinlərin təmas nöqtələrinin könüllü yaxınlaşması, qarşılıqlı anlaşmanın təntənəsi kimi dəyərləndirmək, digər tərəfdən Azərbaycan xalqının mentaliteti, İslam dininin mahiyyətindən irəli gələn ədalət və insanpərvərlik hissinin, dövlət və din xadimlərinin sağlam mövqeyinin nəticəsi kimi qiymətləndirmək olar", - Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif konfessiya nümayəndələrinin sülh şəraitində yaşamasında Heydər Əliyevin xidmətləri böyük olub.

"Bunun nəticəsidir ki, tarixən Azərbaycanda çoxsaylı etnosların yaşamasına, etnik tərkibin müxtəlif olmasına baxmayaraq, heç bir milli-dini azlıq Azərbaycandan başqa əraziyə köçürülməyib, hər etnos milli-dini kimliyini qoruyub saxlayıb. Ona görə də tarixi ənənələrə islahatçılıq və ahəngdarlıq düşüncəsi ilə çağdaş yanaşmalar mövqeyindən müdaxilə edərək, konfenssiyalararası münasibətlər sistemini təkmilləşdirməli, dünyəvi dövlət quruculuğunda dinin yerini milli-mənəvi dəyərlər, o cümlədən konfessiyalararası harmoniya hüdudlarında qavramaq prosesi yeni icra formalarında davam etdirilməlidir", - Orucov bildirib.

BMT Baş Assambleyasının 2010-cu il oktyabrın 20-də kecirilən sessiyasında qəbul olunmuş qətnaməyə görə, hər il fevral ayının ilk həftəsi bütün dinlər, etiqadlar arasında ümumdünya konfessiyalararası hormonik münasibətlər həftəsi elan olunub.

Xəbər lenti

Xəbər lenti