...

Azərbaycanda nikahların sayının artması, boşanmaların isə azalması müşahidə olunur - Komitə sədri

Cəmiyyət Materials 4 Fevral 2011 13:36 (UTC +04:00)
Azərbaycanda nikahların sayının artması, boşanmaların isə azalması meyli müşahidə olunur. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının beş illiyi ilə bağlı tədbirdə komitə sədri Hicran Hüseynova bildirib.
Azərbaycanda nikahların sayının artması, boşanmaların isə azalması müşahidə olunur -  Komitə sədri

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda nikahların sayının artması, boşanmaların isə azalması meyli müşahidə olunur. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının beş illiyi ilə bağlı tədbirdə komitə sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, rəsmi nikah nəticəsində doğulan uşaqların sayında da müsbət dinamika müşahidə olunur.

"Komitənin apardığı təhlil Azərbaycanda ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğunu bəyan etməyə əsas verir", - Hüseynova bildirib.

Komitə sədri qeyd edib ki, qloballaşan dünyada ailə institutunun zəifləməsini nəzərə alaraq, qarşıda duran ən mühüm vəzifələrdən biri də ölkədə ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsidir.

"Fəaliyyəti dövründə komitəyə 6 mindən artıq müraciət daxil olub, demək olar ki, hamısı nəzarətə götürülüb və onların bir çoxu öz həllini tapıb", - Hüseynova bildirib.

Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxış edərək deyib ki, Azərbaycan cəmiyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işi öz ailəsi daxilində hiss edir.

Paşayeva Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın son illər ailə problemlərinə dair qanunverici təşəbbüslərlə çıxış edərək bir çox məsələlərin həll olunmasına öz töhfəsini verdiyini bildirib.

"Qəbul olunmuş qanunların həyata keçirilməsində təbliğat işləri də olduqca vacib rol oynayır. Bu səbəbdən komitənin ötən beş il ərzində gördüyü işlər yüksək qiymətləndirilməlidir", - o, deyib.

Xəbər lenti

Xəbər lenti