...

Azərbaycanda sınaq imtahanlarının test tapşırıqlarında səhvlərə yol verilib – Dövlət Komissiyası

Cəmiyyət Materials 4 Fevral 2011 18:23 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanlarının test tapşırıqlarında yol verilən səhvlər barədə məlumat yayıb. Bu barədə Trend-ə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda sınaq imtahanlarının test tapşırıqlarında səhvlərə yol verilib – Dövlət Komissiyası

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanlarının test tapşırıqlarında yol verilən səhvlər barədə məlumat yayıb. Bu barədə Trend-ə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

"Yanvarın 23-də keçirilən sınaq imtahanı üçün seçilmiş test tapşırıqlarının ekspertizası aparılmadığından, bəzi test tapşırıqlarında texniki qüsurlara yol verilib", - məlumatda deyilir.

Düzgün cavabın iki variantda göstərildiyi suallarda cavab abituriyentin xeyrinə hesablanıb.

Sınaq imtahanının yekunlarına görə, Azərbaycan bölməsi üzrə 29, rus bölməsi üzrə isə 4 nəfər 600 baldan yuxarı nəticə göstərib. Açıq tipli test tapşırıqlarının hamısına isə 58 nəfər abituriyent doğru cavab verib.

Xəbər lenti

Xəbər lenti