Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumun tərəfindən ötən il 20 qərar və 6 qərardad qəbul edilib.
KM-dən cümə günü Trend-ə verilən məlumata görə, bu barədə məhkəmənin ötən ilin yekunlarına həsr olunmuş iclasda məlumat verilib.
Bildirilib ki, həmin qərarlarda hüquqi cəhətdən bir sıra ziddiyyətli məsələlərə və hüququn tətbiqində yaranan kolliziyalara ətraflı şərhlər və tövsiyələr veriib.
KM ötən il məhkəmələrdən daxil olmuş müraciətlər əsasında 8 qərar qəbul edilib.
Aparatın işçi qrupunun hesabat dövründəki fəaliyyəti, Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin müvafiq tapşırıqları ilə rəylərin hazırlanması, qanunvericilikdə mövcud boşluqların və ziddiyyətlərin aşkar olunması sahəsindəki işi müsbət qiymətləndirilib, struktur rəhbərləri qarşısında bir sıra vəzifələr qoyulub.
Məhkəmənin sədri Fərhad Abdullayev yanvarın 27-də Prezident Administrasiyasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının iclasında dövlət orqanları qarşısında qoyulmuş tələblər və verilmiş təlimatları qeyd edib, vətəndaşların şikayət və ərizələrinin, habelə
məhkəmələrdən daxil olan müraciətlərin daha da diqqətlə öyrənilməsi, məhkəmə hakimiyyətinə vətəndaşların etibarının artırılması, şikayətlərdə məhkəmə orqanlarına aid olan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.