...

Ermənistan müdafiə nazirinin keçmiş müavini oğlunu hərbi xidmətdən yayındırır – qəzet

Cəmiyyət Materials 10 Fevral 2011 12:47 (UTC +04:00)
Ermənistan müdafiə nazirinin keçmiş müavini, "Daşnaksütun" partiyasının üzvü Artur Ağabekyan Ermənistanın elm və təhsil naziri Armen Aşotyandan oğluna orduda məcburi hərbi xidmətdən möhlət verməyi xahiş edib. Trend-in məlumatına görə, bu barədə "Aykakan jamanak" (Ermənistan vaxtı) qəzeti yazır.
Ermənistan müdafiə nazirinin keçmiş müavini oğlunu hərbi xidmətdən yayındırır – qəzet

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Ermənistan müdafiə nazirinin keçmiş müavini, "Daşnaksütun" partiyasının üzvü Artur Ağabekyan Ermənistanın elm və təhsil naziri Armen Aşotyandan oğluna orduda məcburi hərbi xidmətdən möhlət verməyi xahiş edib. Trend-in məlumatına görə, bu barədə "Aykakan jamanak" (Ermənistan vaxtı) qəzeti yazır.

Məlumata əsasən, Aşotyanın təklifi ilə Ağabekyanın oğluna 2012-ci ilə qədər hərbi xidmətdən möhlət verilməsi məsələsi artıq hökumətin fevralın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Məsələ ondadır ki, kiçik Ağabekyan 2009-cu ildə Seneka (Kanada) Tətbiqi incəsənət və texnologiya kollecinə daxil olub.

Ermənistanın qanunlarına əsasən, möhlət nüfuzlu xarici ali təhsil ocaqlarının tələbələrinə verilir, lakin mövcud vəziyyətdə istisna olacağına şübhə yoxdur, qəzet yazır. Qəzetdə həmçinin qeyd olunur ki, Ağabekyan oğlunun ümumiyyətlə orduda xidmət etməsini istəmir.

Xəbər lenti

Xəbər lenti