...

Azərbaycan Konstitusiya Məhkəməsi Goranboy rayon məhkəməsinin müraciətinə baxacaq

Cəmiyyət Materials 16 Fevral 2011 11:34 (UTC +04:00)
Azərbaycanın Konstitusiya Məhkəməsi Goranboy rayon məhkəməsinin müraciətinə baxacaq.
Azərbaycan Konstitusiya Məhkəməsi Goranboy rayon məhkəməsinin müraciətinə baxacaq

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Konstitusiya Məhkəməsi Goranboy rayon məhkəməsinin müraciətinə baxacaq.

KM-dən Trend-ə verilən məlumata görə, Goranboy rayon məhkəməsi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsinin şərh olunmasını istəyir.

Məhkəmədən bidirilib ki, KM bir neçə il öncə xuliqanlıqda silah qismində istifadə olunan əşyalarla bağlı qərar qəbul etmişdi.

Məhkəmələr işlərə baxarkən, silahın tətbiqi ilə bağlı məsələdə fikir ayrılığı yaranır.

"Silahın tətbiqi dedikdə ondan birbaşa istifadə, yoxsa silahın nümayişi başa düşülüməlidir? Xuliqanlıqla bağlı işlərə məhkəmələrdə baxılanda da bu məsələ ilə bağlı məhkəmələrdə fikir ayrılığı yaranır", - Məhkəmədən bildirilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 4-nə təyin edilmiş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti