...

Azərbaycanda şagirdlərinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 16 Fevral 2011 11:38 (UTC +04:00)
Bakı şəhəri üzrə 11-ci sinif şagirdlərinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri açıqlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Təhsil Nazirliyindən bildiriblər.
Azərbaycanda şagirdlərinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Bakı şəhəri üzrə 11-ci sinif şagirdlərinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri açıqlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Təhsil Nazirliyindən bildiriblər.

Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri Təhsil Nazirliyinin İnternet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdirilib.

12-13 fevral tarixlərində keçirilən imtahanlarda 26 730 nəfər 11-ci sinif, 36 085 nəfər 9-cu sinif şagirdi iştirak edib.

2010-2011-ci dərs ilində keçirilən yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, biologiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb.

Nazirliyin məlumatında bildirilir ki, Bakı şəhəri üzrə ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri isə yaxın günlərdə qurumun saytının həmin bölməsində yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti